Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda Covanni Espozitonu (İtaliya) sınağa çəkib. Qızıl xal bölümündə qalib gələn Heydərov ikiqat Avropa çempionu tituluna yiyələnib.
Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə bürünc medal uğrunda görüşdə Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.
Qeyd edək ki, çempionatın ilk günündə mübarizə aparan Azərbaycanın 6 təmsilçisindən heç biri medal qazana bilməyib. Millimizin daha 3 üzvü sabah - yarışın son günündə qüvvəsini sınayacaq.