Bu gün Azərbaycanın dörd güləşçisi Avropa çempionatının final qarşılaşmasına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil edilən yarışda idmançımız Əliabbas Rzazadə (57 kq.) finalda Vladimir Yeqorovla (Şimali Makedoniya) üz-üzə gələcək.
Üçqat dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc və gümüş mükafatçısı, yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq.) isə həlledici görüşdə yerli idmançı İsmayıl Musikayevlə qarşılaşacaq. Əşrəf Aşırov (79 kq) qızıl medal uğrunda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşəcək. Maqomedxan Maqomedov (97 kq) isə finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.
Daha bir güləşçimiz Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda yarışacaq.
Qeyd edək ki, final görüşləri martın 29-da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.