Paytaxtımızda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Offsideplus.az xəbər verir ki, 73 kq-da mübarizə aparan Hidayət Heydərov bürünc medal uğrunda görüşə çıxıb. Onun rəqibi almaniyalı Lukas Vennekold olub.

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə vazari ilə qalib gələn Heydərov 3-cü yeri tutub.

81 kq çəki dərəcəsində yer alan Elcan Hacıyev də bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Hasil Cəfərovu vaza-ari xalı ilə məğlub edib.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 1 qızıl, 1 gümüş, 3 bürünc medal var.