Tokio-2020 Yay Olimpiya Oyunlarında 1/8 finala yüksələn Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev məğlub olub.

 Offsideplus.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bu mərhələdə rusiyalı Mixail İqolnikovla qarşılaşıb. Vazari xalı ilə uduzan Mehdiyev olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycanı Tokio-2020-də 9 cüdoçu təmsil edir.