Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.

73 kq çəki dərəcəsindəki Hidayət Heydərov 1/32 finalda mozambikli Ayton Siquirlə, Nurlan Osmanov isveçli Tommi Masiasla üz-üzə gələcək. 81 kq çəkidə yer alan Zelim Tçkayev 1/64 finalda qabonlu Terense Kuamba ilə, Murad Fətiyev 1/32 finalda yeni zelandiyalı Elliott Konnolli ilə qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 7-cidir.