ABŞ-da yaşayan həmyerlimiz, MMA döyüşçüsü Hüseyn Əliyev həlledici duelə çıxacaq.
Offsideplus.az xəbər verir ki,Əliyev UFC-yə vəsiqə verən peşəkar döyüş çərçivəsində iyunun 19-da oktaqona ayaq basacaq. Azərbaycanlı idmançının rəqibi Texas ştatından olan Dimitre İvidir. Hüseyn yerli rəqibini məğlub edəcəyi halda, UFC-də döyüşmək imkanı qazanacaq.
Qeyd edək ki, səbəbkar indiyə qədər keçirdiyi 15 döyüşün 11-ni qalib başa vurub, 3-də məğlub olub və daha 1 qarşıdurma heç-heçə başa çatıb.