Daha bir paracüdoçumuz Bakıdakı beynəlxalq Qran-Pridə qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, qadınların mübarizəsində 63 kq çəki dərəcəsində yarışan Xanım Hüseynova finalda rusiyalı Olqa Pozdnişyevanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
70 kq-da çıxış edən Zülfiyə Hüseynova isə finalda Alana Maldonadoya (Braziliya) məğlub olaraq, ikinci yerlə kifayətlənib.
Kişilərin yarışında isə Hüseyn Rəhimli (81) gümüş medal əldə edib. O, həlledici qarşılaşmada Davurxan Kəramətova (Özbəkistan) uduzub.