Bakıda keçirilən beynəlxalq Qran-Pridə Azərbaycan cüdoçuları iki qızıl və bir bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 66 kq-da mübarizə aparan Namiq Abbaslı həlledici qarşılaşmada özbəkistanlı Utkirjon Niqmatova qalib gələrək, qızıl medala sahib çıxıb.

Qadınların yarışında isə Sevda Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq-dakı idmançı finalda Parvina Səməndərovadan (Özbəkistan) güclü olub.

52 kq çəki dərəcəsində mübarizə aparan Bəsti Səfərova isə 3-cü yer uğrunda görüşdə komanda yoldaşı Səbinə Abullayevaya qalib gələrək, bürünc medalı əldə edib (Report).