İki qadın güləşçimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 53 kq-da mübarizə aparan Tatyana Varansova Yuliya Leorda (Moldova) ilə üz-üzə gəlib və 0:10 hesabı ilə uduzub.
65 kq-da çıxış edən İrina Netreba isə Krişta İnçeyə (Rumıniya) 3:4 hesabı ilə məğlub olaraq, bürünc medal şansını əldən verib.