Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa çempionatında 92 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına dnaışan Nurməhəmmədov bunları deyib:
"Bu, mənim ilk ciddi yarışım idi. Avropa çempionatına hazırlığımız yüksək səviyyədə keçmişdi. Almaniya güləşçisinə qalib gəldikdən sonra daha da artırdım. İkinci görüşdə Bolqarıstan güləşçisinə qalib gəldim. Amma yarımfinalda Rusiya təmsilçisiylə mübarizədə təcrübə çatışmazlığından məğlub oldum. Növbəti günə kökləndim. Nəyin bahasına olursa-olsun qələbə qazanmaq haqqında düşünürdüm. Bürünc medal uğrunda görüşü səhvsiz keçirdim və Avropa üçüncüsü oldum. Növbəti dəfə çempion olmağa çalışacağam".