Polşanın paytaxtı Varşava şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün sərbəst güləşçimiz Əfqan Xaşalov bürünc medal qazanıb.
57 kq çəkidə mübarizə aparan idmançımız 3-cü yer uğrunda görüşdə belaruslu Aryan Tsiutrinlə üz-üzə gəlib. Rəqibinə qalib gələn Xaşalov bürünc medala sahib çıxıb. Bu, Azərbaycanın yarışda ilk medalı olub.