Maşhur MMA döyüşçüsü Konor Makqreqor sərt ifadələrlə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, irlandiyalı idmançı Dastin Poryeni təhqir edərək onunla döyüşməyəcəyini açıqlayıb. Makqreqor "tvitter" hesabında bu sözləri yazıb: "Sən beyinsiz kəndlisən! Sən axmaqsan! Bu dəfə çox pis ilişdin. Ayıpn 10-nu döyüşmək üçün başqa rəqib tapacağam. Sənə köhnə müqavilənlə uğurlar arzulayıram, körpə!
Mənim xeyriyyə əməllərimdən çoxları xəbərdardır. Sənsə adımı dilinə gətirdiyinə görə cavab verəcəksən".
Qeyd edək ki, bir müddət öncə amerikalı Porye Makqreqoru xeyriyyə aksiyalarından yayınmaqda ittiham etmişdi. Bu ilin yanvarında Porye Makqreqoru nokautla məğlub etmişdi ki, revanş iyulun 10-da Las-Veqasda baş tutmalıydı.