Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda italiyalı Antonio Esposito ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Fətiyev bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal qazanıb.
81 kq
1/16 final. Murad Fətiyev - Damian Stepiyen (Polşa)
1/8 final. Murad Fətityev - Din Gemer (İsrail)
1/4 final. Murad Fətiyev - Vedat Albayrak (Türkiyə)
Təsəlliverici görüş. Murad Fətiyev - David Karapetyan (Rusiya)
1/32 final. Zelim Tçkayev - Fetra Ratsimiziva (Madaqaskar)
1/16 final. Zelim Tçkayev - Adnan Kılıc (Türkiyə)
1/8 final. Zelim Tçkayev - Məhəmməd Abdelaal (Misir)
Qadınlar
70 kq
1/16 final. Günel Həsənli - Mariya Bernabeu (İspaniya)