Sərbəst güləşçimiz Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
Offsideplus.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.
3 qat dünya və Avropa çempionunu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Əliyevin finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.
57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib.
Qeyd edək ki, bununla ölkəmiz olimpiadaya 16-cı lisenziyasını qazanıb.