Azərbaycanın cüdoçusu Rüstəm Orucov 26-28 mart tarixlərində keçiriləcək Böyük Dəbilqə yarışlarında iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə 30 yaşlı idmançının özü açıqlama verib. Belə ki, 73 kq çəki dərəcəsində çıxış edən tanınmış cüdoçu qərarına Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı faktiki təmin etməsini səbəb göstərib. O, mümkün zədələrdən qaçınmaq üçün bu addımı atıb:

 "Mənim üçün növbəti yarış Avropa çempionatı olacaq. Artıq lisenziyam var, olimpiadaya hazırlaşmaq qalıb. Yay Olimpiya Oyunlarına zədəsiz getmək istəyirəm. Ona görə yarışları azaldıram. Əsas üstünlüyü məşqlərə verirəm. Avropa çempionatında və daha sonra olimpiadada iştirak edəcəyəcəm" (Report).