Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov bu gün karyerası barədə açıqlama verəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt rəsmi "tvitter" hesabında məlumat verib. Yanvarın 15-də Həbiblə görüşən Uayt idmançının karyerasını bərpa etmək imkanları barədə danışıqlar aparıb.
Uayt bildirib ki, döyüşçü Bakı vaxtı ilə saat 00:00-da qərarını rəsmən elan edəcək.
Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci il oktyabrın 25-də anasının xahişindən sonra karyerasını bitirdiyini açıqlayıb.