Yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedov 100 milyon dollarlıq təklifdən imtina edib.
Offsideplus.az xəbər verir ki, bu barədə döyüşçünün meneceri Əli Əbdül-Əziz məlumat verib. O, müştərisinin boksçu Floyd Meyvezorla rinqə çıxması üçün 100 milyonluq təklif aldığını, lakin bununla razılaşmadıqlarını deyib: "Meyvezorla döyüş üçün 100 milyon dollarlıq təklif almışdıq. Bunu UFC prezidenti Dana Uayt da bilirdi, digərləri də. Lakin Nurmaqomedov MMA döyüşçüsüdür. Floyd Həbiblə döyüşmək istəyirsə, MMA rinqinə gəlsin. Həbib onun arxasına təpik vurub yola salar, heç bir problem yoxdur".
Qeyd edək ki, Floyd peşəkar boksçudur və rinqə çıxdığı 50 görüşün hamısını qazanıb. Həbib isə MMA-da 29 döyüşün hamısında qalib gəlib.