Fərdi Dünya Kubokunda bürünc medal qazanan Hacı Əliyev (65 kq) mükafatlandırma mərasimində iştirak etməyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb 29 yaşlı idmançının zədələnməsidir. Sərbəst güləşçimizin əvəzinə fəxri kürsüyə yığmanın massajçısı çıxıb.
Xatırladaq ki, Hacı Əliyev dünən 1/4 final mərhələsində qırğızıstanlı Ernazar Akmataliyevlə görüşdə (6:4) qabırğasından xəsarət alıb.