Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov koronavirusdan sağalıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 23 yaşlı idmançının özü məlumat verib.

81 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, noyabrın 13-də ondan götürülmüş testin nəticəsi mənfi olub.

Qeyd edək ki, Hidayət Heydərov Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün açıqlanmış heyətində yer almayıb. (Report)