Bu gün axşam karyerasında 29-cu döyüşə çıxacaq Həbib Nurməhəmmədovə hədsiz dəstək var.
Rusiyalı idmançı xüsusən müsəlman həmkarları arasında xüsusi rəğbət qazanıb ki, onlardan biri də "Barselona"nın ulduz futbolçusudur.
Offsideplus.az xəbər verir ki, Miralem Pyaniç şəxsi "instaqram" səhifəsində video yerləşdirərək UFC-nin mütləq çəkidəki kəmər sahibinə səslənib: "Həbib, qardaşım, sənə ən yaxşısını arzulayıram. Mən səninləyən. Axşamkı döyüşdə uğur diləyirəm. İnşallah, biz qalib gələcəyik".
Xatırladaq ki, bu gün axşam Miralemin "Barselona"sı "El-Klassiko"da "Real"la qarşılaşacaq.