Oktyabrın 24-dən 25-nə keçən gecəyə vaxt azaldıqca döyüş iştirakçıları arasında gərginlik artır. Gecəyarısı hamımızın sevimlisi Həbib Nurməhəmmədov UFS 254 yarışında amerikalı Castin Getji ilə münasibətlərinə aydınlıq gətirəcək.
Son günlər döyüşçülər arasında "söz atşması" səngimək bilmir.
Offsideplus.az TASS-a istinadla Castinin Həbibin ünvanına səsləndirdiyi növbəti fikirləri təqdim edir: "Məni söyüş və tok-şoular maraqlandırmır. Daim yanımda gəzən çox sayda dostum yoxdur. Ona görə də bu məsələdə kiminləsə müqayisə olunmağın tərəfdarı deyiləm. Dalaşmaq istəyirsə, bunu təkbətək edə bilərik. İnanmıram ki, Həbib mənə hücum edəcək qədər qorxaq olsun. Hətta üzümə sillə vursa da, mən buna getmətəm.Biz qəfəsdə döyüşəcəyik. Həbib əla döyüşçüdür. Hərtərəflidir, daim eyni mərtəbədə dayanmağı xoşlamır. Bəzən döyüşür, bəzən güləşir, bəzən də döyüşə nəvarət edir. Mövqeyini qorumağı bacarır, Makqreqora endirdiyi zərbələrin gücünü görmüşdük. Mən onunla mübarizəyə girişəcəm, amma elə edəcəm ki, məni tuta bilməsin. Aqressiv olacam, üstünə gedəcəm, amma ona bu cür etməyə imkan verməyəcəm".