Oktyabrın 24-dən 25-nə keçən gecə Həbib Nurməhəmmədov döyüşə çıxacaq.
Abu-Dabidəki "Döyüş adası"nda müsəlman idmançının rəqibi amerikalı Castin Getji olacaq. Vaxt azaldıqca tərəflər arasındakı savaşı qızışmaqdadır. İki gün əvvəl Getji "İzvestiya"ya açıqlamasında Həbibə və azarkeşlərinə hədə dolu mesaj göndərmişdi: "Rusiyalı idmançıları tanıyırammı? Bir neçəsini tanıyıram. Birinin azarkşeləri haqda eşitmişəm: dünyanın ən ciddi fanatlarıdır. Lakin onları göz yaşında boğmaq çox asandır. Mən Həbibi yerə sərəndə, minlərlə fanatı ağlayacaq. Öz azarkeşlərimə söz verirəm ki, oktyabrın 24-də təhlükə mənbəyi olacam. Həbib 25 dəqiqə ərzində təhlükə içində olacaq".
Offsideplus.az bu dəfə UFC-nin son qalibi Nurməhəmmədov "ProstoProSport" vasitəsi ilə rəqibinə ismarıç ünvanlayıb: "Çox çətin hazırlıq dönəmi keçdim. Nə qədər çox işləsən, qələbə bir o qədər şirin olacaq. Dava etməyə, döyüşməyə və ayaq üstə durmağa hazıram. Mübarizəni vaxtından əvvəl qalib kimi bitirmək istəyirəm. Artıq indidən döyüşü vaxtından əvvəl başa vuracağımın necəliyini təsəvvür edirəm".