Məşhur azərbaycanlı güləşçi Həsən Əliyev nümunəvi addım atıb.
Offsideplus.az xəbər verir ki, yunan-Roma güləşçimiz Talassemiya Mərkəzində qan xəstəliyindən əziyyət çəkən şəxslər üçün qan verib. O, bu barədə özünün şəxsi "Facebook" hesabında məlumat verib. Güləşçinin paylaşımını olduğu kimi sizə təqdim edirik:
"Məlum xəstəliklə bağlı insanların bayıra çıxmaqlarında məhdudiyyət olduğu üçün,#talassemiya xəstələrinə qan köçürmə problemləri yaşanır. Xüsusən, işlə bağlı icazəsi olanlar o xəstələrə kömək etsələr,çox gözəl olar. Mən də bu xəstəlikdən əziyyət çəkənlərə qan verməyi özümə borc bildim. Ümid edirəm ki, iş icazəsi olmayan,amma sağlıq durumunda problemi olmayan insanlar da sms yazmaqla icazə alıb,ehtiyaclı xəstələrə qan verəcəklər. Onların sizin qanınıza ehtiyacı var. TalasSemiya Respublika Talassemiya Mərkəzi"