Mayda Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, qurum Nazirlər Kabineti yanında Operativ Qərərgahın COVİD-19 epidemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə razılıq əldə edib.

Anlaşmaya əsasən turnir 2021-ci ilin mayında baş tutacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi son təsnifat yarışı olacaq.

IBSA həmçinin bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi üçün komitəyə müraciət edib.

Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın təşkili ilə bağlı müzakirələr aparılacaq.