İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor ölkəsində koronavirusa qarşı mübarizə məqsədi ilə bir milyon avro ayıracaq.

Offsideplus.az xəbər verir ki, idmançı  31 yaşlı idmançının ayırdığı vəsait ölkənin Lester vilayətində koronavirusa qarşı mübarizə aparan tibb işçilərinin qorunması üçün xərclənəcək.

Qeyd edək ki, mart ayının 24-də Makqreqor İrlandiya hökümətini pandemiya dövründə hava limanlarını və bir sıra iaşə obyektlərini bağlamağa çağırıb.