Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında görüş baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, UFC yaydığı bəyanatda ABŞ-ın Nyu-York şəhərində keçirilməli olan döyüşə biletlərin geri qaytara biləcəyini elan edib. Bilet sahibləri pullarını tam şəkildə geri ala bilərlər.
Qeyd edək ki, Nurməhəmmədov - Ferqyuson döyüşü aprelin 18-də baş tutmalı idi.