Taekvondoçuarımız İsveçin Helsinqborq şəhərində keçirilən Avropa regionu üzrə sayca 5-ci olan “Prezident Kuboku” yarışında 4 medal qazanıblar.
Offsideplus.az xəbər verir ki, milli komandanın heyətində Payam Qobadi Oğaz 87 kq çəki dərəcəsində qızıl medala sahib olub.
Digər taekvondoçulardan Ayxan Tağızadə (74 kq), Radik İsayev (87+ kq) və Patimat Abakarova (53 kq) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.