Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşcü Konor Makqreqor yüngül çəkidə UFC çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədovla növbəti görüşə hazırdır.

Offsideplus.az verir ki, UFC 246 turniri ərəfəsi təşkil olunan mətbuat konfransında idmançıya onun gələcəkdə Həbib Nurməhəmmədov və ya Toni Ferqüsonla görüşüb-görüşməyəcəyinə dair sual ünvanlayıblar.

“Nəticədən asılı olmayaraq, düşünürəm ki, mən bu insanlarla üz-üzə gəlməli olacağam. Həbiblə revanş döyüşünün Rusiyada, Moskvada keçirilməsində israrlıyam".