Qarışıq döyüş növləri ustaları (MMA) Eder Lopes və Dieqo Neveş Portuqaliyada keçirilən yarışda bir-birlərini nokdauna salıblar.

Offsideplus.az xəbər verir ki, MMA-nın media meneceri Mikki Tomasın “Twitter” səhifəsində yerləşdiridiyi döyüş birinci raundda başa çatıb. Hər iki döyüşçü hücuma keçərək rəqibinə zərbə endirir. Zərbənin təsirindən ikisi də nokdauna düşür.

Lakin 22 yaşlı Lopes ayağa qalxsa da 31 yaşlı rəqibi Neveş huşsuz vəziyyətdə yerdə qalıb.