Azərbaycanın qadın güləşi üzrə milli komandası 2020-ci il Dünya Kubokuna vəsiqə qazanıb.

Offsideplus.az-ın məlumatına görə, Aslan Ağayevin baş məşqçi olduğu kollektiv buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında nail olub.

Bu komanda ümumi hesabda 48 xalla 8-ci yeri tutub. Heyət üzvlərindən Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıbsa, Tatyana Omelçenko (59 kq) 7-ci yeri tutub.

Dünya Kubokuna vəsiqə imkanı verən "İlk 8-lik"də əvvəlki pillələri Yaponiya (137 xal), Rusiya (106), ABŞ (105), Çin (102), Ukrayna (92 kq), Qazaxıstan (53) və Monqolustan (49) tutub.

Qeyd edək ki, Dünya Kubokunda ümumilikdə 8 ölkə iki qrupda mübarizə aparır.