Astara Olimpiya İdman Kompleksində ilk dəfə təşkil olunan 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı başa çatmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, bu gün yunan-Roma növündə mübarizə yekunlaşıb və 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Sabah qadın güləşi üzrə U15 və U17 ölkə birinciliyi keçiriləcək.

48 kq

1. Qurban Məcnunov (Neftçi)

2. Aqşin Pənahlı (Kürdəmir)

3. Elmin Abbasov (Masallı), Elmir Abbasov (UGİM-2)

55 kq

1. Ayxan Əsədli (UGİM-2)

2. Nihat Bəhmənov (UGİM-10)

3. Fərid Nurməmmədli (MOİK), Xəzər İbrahimov (Sumqayıt, “Təhsil”)

65 kq

1. Ramil Musayev (UGİM-5, “Neftçi”)

2. Nihat Məhərrəmov (UGİM-2)

3. Hüseyn İsgəndərov (UGİM-2), Hüseyn Vəlizadə (Sumqayıt, AHİTA)

80 kq

1. Nicat Yeylaqaliyev (Abşeron)

2. Emil Abbasov (UGİM-5, “Neftçi”)

3. Aqil Mikayılov (Abşeron, Şahdağ), Ceyhun Soltanov (Şirvan)

110 kq

1. Rihad İbrahimli (Sumqayıt, “Təhsil”)

2. Rauf Mütəllimov (Sumqayıt-Təhsil, AHİTA)

3. Tuncay Əliyev (Şəmkir), Məhəmməd Mustafayev (UGİM-2)