İspaniya La Liqasının oyunlarında azarkeşlərin iştirakına icazə verilə bilər.

Offsideplus.az xəbər verir ki, turnir rəhbərliyi azarkeşlərin stadionlara buraxılması ilə bağlı planı 20 kluba göndərib.

Plana əsasən, azarkeşlər oyunun başlamasından 90 dəqiqə əvvəldən stadiona buraxılmağa başlayacaq. Tərəfdarlar qruplara bölünəcək və onlar müəyyən vaxt aralığı ilə stadiona buraxılacaq.