PSJ-nin müdafiəçisi Tiaqo Silva və hücumçu Edinson Kavani müqavilələri bitdikdən sonra bir müddət də heyətdə qalacaqlar.

Offsideplus.az “Sky Italia”a istinadən xəbər verir ki, oyunçular Çempionlar Liqasında komandaya kömək etməyi düşünürlər.

Bir müddət əvvəl PSJ-nin idman direktoru Leonardo Silva və Kavaninin bu ay müqavilələrinin bitdiyini və mövsümün sonunda komandanı tərk edəcəklərini açıqlayıb. O, buna rəğmən, klubun futbolçuları avqusta qədər saxlamaq istədiyini vurğulayıb. Buna səbəb Paris təmsilçisinin ÇL-də oyunlarının davam etməsidir.

Təcrübəli futbolçuların komandaya kömək edəcəkləri bildirilib. 

Qeyd edək ki, Çempionlar Liqası “səkkizlər finalı” formatında Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.