İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, cavab görüşü çərçivəsində “Napoli” “İnter”i qəbul edib.
Səfərdə minimal hesabla qələbə qazanan Neapol təmsilçisi doğma meydanda qollu heç-heçəyə razılaşıb.
Beləliklə, “Napoli” finalda “Yuventus”la qarşılaşmaq hüququ əldə edib. Həlledici görüş iyunun 17-də baş tutacaq.