2026 Dünya Çempionatı turnirinin Avropa seçmələrində günün əsas oyunu başa çatdı.

Offsideplus.az xəbər verir ki, İspaniya millisi Türkiyə millisini qəbul edib. 

Türkiyəyə mundiala birbaşa yollanmaq üçün İspaniya üzərində 7 top fərqlə qələbə qazanmaq lazım idi. Lakin onlar bunu bacarmadı və oyun 2:2 hesabla başa çatdı.

Nəticədə İspaniya birbaşa mundiala yollanır, Türkiyə isə pley-off mübarizəsində olacaq.