Bu gün DÇ-2026-nın seçmə mərhələsində Avropa zonası üzrə daha 3 qrupda mübarizə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün maraqlı oyunlarından biri Almaniyada baş tutacaq. Yerli komanda Slovakiyanı qəbul edəcək.
Bu görüşün nəticəsi A qrupunun liderini müəyyənləşdirəcək.
Niderland Litvanı qonaq edəcək. Xorvatiya isə səfərdə Monteneqro ilə qarşılaşacaq.
DÇ-2026, seçmə mərhələ
17 noyabr (bazar ertəsi)
A qrupu
23:45. Şimali İrlandiya - Lüksemburq
23:45. Almaniya - Slovakiya
1.Almaniya - 12 xal, 2. Slovakiya - 12, 3. Şimali İrlandiya - 6, 4. Lüksemburq - 0.
G qrupu
23:45. Malta - Polşa
23:45. Niderland - Litva
1. Niderland - 17 xal, 2. Polşa - 14, 3. Finlandiya - 10, 4. Malta - 5, 5. Litva - 3.
L qrupu
23:45. Çexiya - Cəbəllütariq
23:45. Monteneqro - Xorvatiya
1. Xorvatiya - 19 xal, 2. Çexiya - 13, 3. Farer Adaları - 12, 4. Monteneqro - 9, 5. Cəbəllütariq - 0.



