FIFA 2026 Dünya Çempionatı zamanı hər oyun günü üçün parklanma yeri qiymətləri 75–175 dollar arasında dəyişəcək.

Offsideplus.az xəbər verir ki, məlumata görə, qrup mərhələsi üçün 75 dollarlıq park bileti belə, 2022-ci ildə keçirilən qrup oyunlarına olan 69 dollarlıq 3-cü kateqoriya biletlərdən baha olacaq.

Azarkeşlər bu qərarı sosial şəbəkələrdə “həddindən artıq bahalı” adlandırıblar.