Gələn il keçiriləcək futbol üzrə Dünya çempionatında iştirak edəcək 28 komanda artıq məlumdur.

Oftsideplus.az xəbər verir ki, turnir tarixində ilk dəfə 48 yığma mübarizə aparacaq.

Dünən keçirilən seçmə mərhələ oyunlarından sonra daha 7 yığma vəsiqəni təmin edib: Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Fil Dişi Sahili və Seneqal

Turnirdə iştirakını təmin edən 28 komanda isə belədir: Kanada, Meksika, ABŞ (hər üçü ev sahibi kimi), 4. Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Fil Dişi Sahili, Seneqal