2026-cı ildə keçiriləcək dünya çempionatının Okeaniya üzrə seçmə mərhələsinin qalibi martın 24-də məlum olub.
Offsideplus.az xəbər verir ki, həlledici görüş Yeni Zelandiya və Yeni Kaledoniya yığmaları arasında olacaq.
Yeni Zelandiya yarımfinalda Ficini (7:0), Yeni Kaledoniya isə Taitini (3:0) darmadağın edib.
Okeaniya üzrə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək final oyunu Yeni Zelandiyanın Oklend şəhərində keçiriləcək.
Qeyd edək ki, Yeni Kaledoniya milli komandası heç vaxt dünya çempionatarında iştirak etməyib. Bundan fərqli olaraq, Yeni Zelandiya 2010-cu ildə CAR-da təşkil olunan planetn ən mötəbər yarışına qatılmağı bacarıb. Özü də yeni zelandiyalılar dünya çempionatını məğlubiyyətsiz başa vurublar. Komanda Slovakiya (1:1), İtaliya (1:1) və Paraqvaya (0:0) uduzmayıb.