Roberto Karlos 2002-ci ildə "Qızıl top" mükafatını qazana bilməməsindən danışıb.

Offsideplus.az xəbər verir ki, "L'Equipe" nəşrinə açıqlama verən müdafiəçi Ronaldonun bu uğuru ondan oğurlanmasından bəhs edib:

"Bunu həmişə deyirəm. Ronaldo "Qızıl top"u məndən oğurlayıb. Bilirəm ki, 2002-ci ildə DÇ finalında öncə mükafatı qazanmağa əsas namizəd mən idim. 90 dəqiqə ərzində bunu əldən verdim. Amma ikinci olmaq da böyük uğurdur. Nəzərə alaq ki, "Qızıl top"u əldə edən cəmi 3 müdafiəçi var".