Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi UEFA-dan çıxmamaq barədə qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, "Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç bu haqda şimal qonşumuzun mətbuatına açıqlama verib:

“Asiya Futbol Konfederasiyasına keçməyin lazım olmaması ilə razıyam. Rusiyanın Asiyada böyük ərazisi var. Amma Rusiya Avropa ölkəsidir. Avropada oynamaq üçün heç bir imkan olmasaydı, onda keçid barədə düşünmək mümkün idi”.