Avstraliya Futbol Federasiyası 2034-cü il dünya çempionatının keçirilməsi ilə bağlı təklifi geri çəkib.

Offsideplus.az xəbər verir ki, sözügedən ölkə bununla bağlı FİFA-ya müraciət etməyəcək.

Federasiyanın rəsmi saytında yayılan bəyanatda "Biz dünya çempionatı üçün müraciət etmək imkanlarını araşdırdıq və bütün amilləri nəzərə alaraq, 2034-cü il mundialının təşkili ilə bağlı müraciət etməməyi qərara aldıq", - deyə bildirilib. 

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı DÇ-2034-ün təşkili üçün ərizə vermişdi.