Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo milli komanda ilə birlikdə DÇ-2026-da da oynamaq istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Marca" nəşri yayıb. 37 yaşlı forvard hələ millidəki karyerasını başa vurmağı düşünmür. Ronaldonun məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında mübarizə aparmaqdır.

Qeyd olunur ki, Portuqaliyanın DÇ-2022-dəki uğursuzluğu Ronaldo üçün güclü zərbə olub. Forvard bu nəticəni qəbul etməyə çalışır. 

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində oynayır. Onun son klubu isə ötən ay ayrıldığı "Mançester Yunayted" olub. Ronaldo hazırda azad agent status daşıyır.