Qətərdə keçirilən mundialda dünya çempionluğunu əldə edən Argentina millisinin baş məşqçisi Lionel Skaloni tarixi uğura imza atıb.
Offsidepus.az xəbər verir ki, 44 yaşlı mütəxəssis həm Amerika Kubokunu, həm də Dünya Kubokunu qazanan ilk Argentina məşqçisi olub.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən yığmaya rəhbərlik edir. Onun başçılığı altında Argentina millisi 2021-ci ildə Amerika kubokunun finalında Braziliyanı (1:0), ötən gün baş tutan DÇ-2022-nin həlledici matçında isə Fransanı (əsas vaxtda 3:3, pen:4:2) məğlub edərək qızıl medal qazanıb.