Argentina milli komandası Qətərdə keçirilən dünya çempionatında Fransa ilə final oyunundan öncə ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Markos Akunya görüşdən öncə isinmə hərəkətli edən zaman zədə alıb.
Start heyətdə meydana çıxmalı olan futbolçunun vəziyyəti ağır olduğundan məşqçilər korpusu onu əvəzləmək məcburiyyətində qalıb. Belə ki, həlledici matçın ilk dəqiqələrindən Akunyanın əvəzində Nikolas Talyafiko oynayacaq.
Xatırladaq ki, Argentina – Fransa matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.