DÇ-2022-nin 3-cü yer uğrunda keçiriləcək Xorvatiya - Mərakeş oyununun hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma qətərli FİFA referisi Əbdülrəhman Əp-Jassimə tapşırılıb.
Ona həmyerliləri Taleb Əl-Marri və Saud Əl-Maqaleh yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Braziliyadan olan Rafael Klaus yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya – Mərakeş matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.