DÇ-2022-nin finalında keçiriləcək Argentina - Fransa oyununun hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, matçı polşalı referi Şimon Marçinyak idarə edəcək.
Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
Dekabrın 18-də oynanılacaq Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.