Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.
Offsideplus.az xəbər verir ki, bu barədə dünyaca məşhur jurnalist Fabritsio Romano məlumat yayıb. Rəsmi açıqlamanın yaxın zamanda ediləcəyi gözlənilir.
Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya millisinə rəhbərlik edirdi. Komanda Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.