DÇ-2022-də yarımfinal mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Argentina yarımfinalda Xorvatiyanı 3 cavabsız qolla məğlub edib və adını finala yazdırıb.

Yarımfinalın digər oyunu sabah olacaq. Əvvəlcə İspaniyanı, sonra isə Portuqaliyanı keçən Mərakeş bu dəfə Fransa səddini aşmağa çalışacaq.

13 dekabr

DÇ-2022, yarımfinal