Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında mundialın favoritlərindən olan Braziliya yığması Xorvatiya ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan oyunda qalibi penaltilər seriyası müəyyənləşdirib. Son zərbələrdə daha dəqiq olan Xorvatiya yığması yarımfinala adlayıb.

Digər matçda Lionel Messinin çıxış etdiyi Argentina millisi Niderlandı penaltilər seriyasında məğlub edib və yarımfinala yüksəlib.

Bu cütlərin qalibləri yarımfinalda üz-üzə gələcək.

9 dekabr

DÇ-2022, 1/4 final mərhələsi